Bu gün Gənclər Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” son ev oyununu keçirib. Bu gün Gənclər Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” son ev oyununu keçirib.

“Qarabağ”ın gəncləri “Çelsi”yə məğlub olub

Bu gün Gənclər Liqasında qrup mərhələsinin V turu çərçivəsində “Qarabağ” son ev oyununu keçirib.

AzNews.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu 19 yaşlılar Bakıda “Çelsi” ilə görüşüb. Ağdamlılar növbəti mərhələ şanslarını qorumaq üçün qələbə qazanmalı olsalar da, bunu bacarmayıblar.

Təmsilçimiz hesabı açmağı bacarsa da, üstünlüyünü cəmi 11 dəqiqə saxlayıb. 61-ci dəqiqədə fərqlənən "zadəganlar" növbəti 16 dəqiqə ərzində daha 2 qol vuraraq, 3:1 hesablı səfər qələbəsi qazanıblar. Bununla da, "Qarabağ"ın qrupdan çıxmaq şansı qalmayıb. "Çelsi" isə xallarının sayını 12-yə çatdıraraq, növbəti mərhələyə vəsiqəni təmin edib.