Çempionlar Liqasının qrup mərhələsinin V turunun ikinci oyun günündə Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasını 67 min 100 tamaşaçı izləyib. Çempionlar Liqasının qrup mərhələsinin V turunun ikinci oyun günündə Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasını 67 min 100 tamaşaçı izləyib.

Qarabağ” – “Çelsi” matçında rekord

Çempionlar Liqasının qrup mərhələsinin V turunun ikinci oyun günündə Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Çelsi” qarşılaşmasını 67 min 100 tamaşaçı izləyib.

68 min 700 tamaşaçı tutan arenada cəmi 1600 boş yer qalıb. İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatan matç V turun rekordu kimi tarixə düşüb.

Belə ki, nə ilk, nə ikinci oyun günündə bu qədər tamaşaçı toplayan ikinci bir matç olmayıb. İlk günün rekordu Dortmunddakı “Borussiya” - “Tottenhem” matçını 65 min 849 nəfər izləmişdisə, Bakıdakı görüşdə bundan 1251 nəfər çox azarkeş tribunalara toplaşıb.

Digər qarşılaşmalar isə bu iki oyunla müqayisədə xeyli geri qalıb.

Lakin “Qarabağ” – “Çelsi” matçı Azərbaycan futbolu tarixinin rekordu ola bilməyib. Çünki II turun “Qarabağ” – “Roma” matçını – ölkəmizdəki ilk Çempionlar Liqası qarşılaşmasını daha çox seyrçi izləmişdi.

Həmin turun da rekordu olan görüşdə 67 min 200 nəfər qeydə alınmışdı. Düzdü, sonradan həmin rəqəmin saxta olduğu üzə çıxsa da, rəsmi mənbələrdə dəyişiklik edilmədi. Əslində, tamaşaçı sayı həmişə nisbi, tam dəqiq olmayan rəqəmlə ölçülür. Bu üzdən “Roma” matçı kimi “Çelsi” ilə qarşılaşmanın da azarkeş sayının dəqiqliyinə təminat verilə bilməz. Hər iki halda rəsmi mənbələr əsas götürülməlidi. UEFA-nın rəsmi saytı isə II turda 67 min 200, bu dəfə isə 100 nəfər az olduğunu hesaba alıb.

AzNews.az