Rusiya Karate Federasiyasının Moskva vilayəti üzrə vitse-prezidenti Namus Nağıyev azərbaycanlı karateçilərin uğurundan danışıb. Rusiya Karate Federasiyasının Moskva vilayəti üzrə vitse-prezidenti Namus Nağıyev azərbaycanlı karateçilərin uğurundan danışıb.

Rusiyada karateni inkişaf etdirən azərbaycanlı - "Ortaq yarışların sayı artır"

Rusiya Karate Federasiyasının Moskva vilayəti üzrə vitse-prezidenti Namus Nağıyev azərbaycanlı karateçilərin uğurundan danışıb.

AzNews.az xəbər verir ki, Namus Nağıyev deyib ki, Azərbaycan və Rusiyanın idman sahəsində iş birliyini artırmaq lazımdır.

"Mən 30 ildir ki, karate ilə məşğulam. Oğlum da mənim yolumu davam etdirir. O, 2011-ci ildə Berlində dünya çempionu oldu. Biz 4-5 noyabrda Moskvada Dünya Karate Çempionatı keçirdik. 35 ölkədən idmançılar gəldi. Bu yarışmada bir azərbaycanlı idmançı da iştirak etdi. İndi Rusya Karate Federasiyasının rəhbərliyi ilə 2018-ci ildə Azərbaycanı ziyaret etməyi, təcrübələrimizi qarşılıqlı şəkildə paylaşmağı və ikitərəfli iş birliyi aparmağı planlaşdırırıq".

Namus Nağıyev qeyd edib ki, Rusiya və Azərbaycan karate federasiyalarının ortaq yarış keçirməsi ən gözəl iş birliyi ola bilər.

"İdman Rusiya və Azərbaycan əlaqələrinin inkişafinda önəmil rol oynayır. Çünkü gənc idmançılar dostluq qura və bunu davam etdirə bilərlər. Bundan gözəl nə ola bilər ki? Biz iki xalq arasında əlaqələrin daha da güclənməsini arzu edirik və bunun üçün əlimizdən gələni etməyə hazırıq" . - Nağıyev belə deyib.