Azad Rəhimov federasiya rəhbərlərini nazirliyə çağırdı



Bu dəqiqələrdə Gənclər və İdman Nazirliyində ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının rəhbərlərinin iştirakı ilə toplantı keçirilir. AzNews.az-a daxil olan məlumata görə, toplantı martın 5-də qeyd olunacaq Bədən Tərbiyəsi və İdman Gününə həsr edilib. Nazirlik Bədən tərbiyəsi və idman günü ilə bağlı keçiriləcək tədbirlərdə idmançıların iştirakı ilə bağlı hazırlıq məsələlərini müzakirə edir.

Qeyd edək ki, ötən il 5 mart Heydər Əliyev Sarayının qarşısındakı parkda geniş tədbirlə qeyd edilmişdi.

AzNews.az