Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Kiprin "Anortosis" klubunun heyətində növbəti qolunu vurub. Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Kiprin "Anortosis" klubunun heyətində növbəti qolunu vurub.

Millimizin futbolçusu Kipr klubuna qələbə qazandırıb

Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev Kiprin "Anortosis" klubunun heyətində növbəti qolunu vurub.

AzNews.az Report-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu çempionatın XV turunda "Alki" ilə ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan Abdullayev 90+1-ci dəqiqədə möhtəşəm qola imza atıb. Bu qol sayəsində "Anortosis" 2:1 hesablı əzmkar qələbə qazanaraq, 33 xalla yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, bu, Araz Abdullayevin "Anortosis"in heyətində ikinci qolu olub.