İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2017” layihəsi çərçivəsində “9 ilə 13” adlı mükafatlandırma mərasimi keçirilib. İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2017” layihəsi çərçivəsində “9 ilə 13” adlı mükafatlandırma mərasimi keçirilib.

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb - Foto

İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2017” layihəsi çərçivəsində “9 ilə 13” adlı mükafatlandırma mərasimi keçirilib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə ümumilikdə 17 mükafat sahibinə təqdim edilib.

Tədbirdə çıxış edən İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov bildirib ki, səsvermədə 60 KİV iştirak edib. Seçim zamanı aktivlik müşahidə olunub. Bu il ilk dəfə olaraq ali nominasiya var. Bu, futbol üzrə ilin baş məşqçisi nominasiyasıdır. Bəzi nominasiyalarda, xüsusən, ilin idmançısı və futbolçusu seçimində ciddi rəqabət oldu. Bəzilərində isə aşkar üstünlük müşahidə olundu.

Tədbirin adının “9 ilə 13” olması təsadüfi deyil. Qurban Qurbanov 9 ildir “Qarabağ”ın baş məşqçisidir, çıxış etdiyi klublarda 9 və 13 nömrəli formaları geyinib. Həmçinin tədbir dekabrın 13-də keçirilir və saat 13:00-da start götürüb.

Daha sonra mükafatlar təqdim edilib. Ali nominasiya üzrə İlin məşqçisi – “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov təltif olunub.

Digər nominasiyalar üzrə qaliblər bunlardır:

İlin idman xadimi – “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl

İlin idmançısı – sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev

İlin əcnəbi idmançısı – “Qarabağ”ın futbolçusu Dino Ndlovu

İlin futbolçusu – “Qarabağ”ın kapitanı Rəşad Sadıqov, ilin komandası (futbol və digər) “Qarabağ” və şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası

İlin baş məşqçisi (digər növlər üzrə) – cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fərhad Məmmədov,

İlin ən nüfuzlu yarışı – “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları, ilin yazarı – Komanda.az saytının əməkdaşı Elnur Həmidov

İlin idman qurğusu – Bakı Olimpiya Stadionu

İlin idman verilişi - 3-cü hissə

İlin fəal fotoqrafı - Firudin Səlimov

Media ilə sıx əməkdaşlığa görə - Qarabağ” klubunun mətbuat katibi Nurlan İbrahimov.

image description image description image description