Bu il Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilmişdir. Bu da tarixi nəticədir. Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməmişdir. Bu da son illər ərzində Azərbaycanda gimnastika idman növünün, ümumiyyətlə, idmanın inkişafının təzahürüdür. Ölkəmizdə keçirilmiş bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, bizim nümayəndələrimiz indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar. Bu il Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilmişdir. Bu da tarixi nəticədir. Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməmişdir. Bu da son illər ərzində Azərbaycanda gimnastika idman növünün, ümumiyyətlə, idmanın inkişafının təzahürüdür. Ölkəmizdə keçirilmiş bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, bizim nümayəndələrimiz indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar.

“Bu yarışlar ilin ən yaxşı yarışı hesab olunub” - Prezident

Bu il Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilmişdir. Bu da tarixi nəticədir. Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməmişdir. Bu da son illər ərzində Azərbaycanda gimnastika idman növünün, ümumiyyətlə, idmanın inkişafının təzahürüdür. Ölkəmizdə keçirilmiş bir çox beynəlxalq yarışlar artıq Azərbaycanı bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, bizim nümayəndələrimiz indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar.

AzNews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.

Prezident bildirib ki, bu il ən böyük qələbəmiz Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri olub: "Bu Oyunlar, sözün əsl mənasında, böyük idman, dostluq, qardaşlıq bayramı idi. Azərbaycan bütün müsəlman ölkələrinin aparıcı idmançılarını qəbul etdi, əminəm ki, onlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar. Burada keçirilən Oyunlar bir daha Azərbaycanın gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dünya miqyasında böyük idman dövlətidir. 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə Azərbaycan komandası layiq görüldü. Bu Oyunlarda üç mindən çox idmançı, minlərlə mütəxəssis, qonaq iştirak edib və Azərbaycan həqiqətləri ilə tanış oldular".

Dövlət başçısı qələbələrin sayının çox olduğunu vurğulayıb: "Qeyd etdiyim kimi, 851 medal qazanmışıq və sevindirici hal ondan ibarətdir ki, həm döyüş, həm komanda, həm də intellektual idman növlərində bizim idmançılarımız çempiondurlar, qalibdirlər".

Prezident qeyd edib ki, Bakıda keçirilmiş mötəbər beynəlxalq yarışlar bütün dünyanın diqqətini cəlb edir: "Onu da qeyd etməliyəm ki, bu il ikinci dəfə olaraq Bakıda “Formula-1” yarışı keçirilmişdir. Ümumi rəyə görə, - bu, artıq xarici mətbuatda da qeyd olunub, - 20 yarışın arasında bu yarışlar ilin ən yaxşı yarışı hesab olunub. Yəni, bu da bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bir çox “Formula-1” yarışlarından fərqli olaraq bizim yarışımız şəhər yarışıdır və bu, eyni zamanda, bütün dünyaya - yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 24 faiz və 2017-ci ilin 11 ayında isə daha 20 faiz artmışdır. Əlbəttə, bunun səbəbləri təkcə “Formula-1” yarışı deyil, Azərbaycanda gedən inkişaf, sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, müasir infrastruktur, şəhərimizin gözəlliyi, müasir otellər, viza rejiminin sadələşdirilməsidir. Eyni zamanda, hesab edirəm ki, “Formula-1” ölkəmizin təbliğatı üçün nadir bir yarışdır. Yəni, beş yüz milyon tamaşaçı bu yarışı müntəzəm olaraq izləyir və bir daha demək istəyirəm ki, Bakının gözəlliyini, Azərbaycanın qüdrətini görür".

"Beləliklə, təkcə sadaladığım bu hadisələr, bu qələbələr deməyə əsas verir ki, Azərbaycan, sözün əsl mənasında, güclü idman dövlətidir. Əminəm ki, idmançılarımız bundan sonra da bizi qələbələrlə sevindirəcəklər. Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir. Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl Olimpiya İdman Mərkəzi yaradılmışdır. Gələn il dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik. Bu günə qədər bölgələrdə 43 Olimpiya İdman mərkəzi yaradılmışdır ki, bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır", - deyə prezident İlham Əliyev bildirib.