Milli komandamızın qapıçısı Kamran Ağayev “Keşlə” klubuna transfer olacaq. Milli komandamızın qapıçısı Kamran Ağayev “Keşlə” klubuna transfer olacaq.

Kamran Ağayev yanvarda bu kluba keçəcək - Danışıqlar başladı

Milli komandamızın qapıçısı Kamran Ağayev “Keşlə” klubuna transfer olacaq.

AzNews.az xəbər verir ki, bu barədə Publika.az-a “Keşlə”nin mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib.

Onun sözlərinə görə, artıq məsələ ilə bağlı danışıqlara başlanılıb:

“Klubun prezidenti Zaur Axundov transfer planları ilə bağlı daha öncə də verdiyi məlumatlarda Kamran Ağayevin transferindən söz açmışdı. Doğrudur, futbolçu ilə görüşlərə başlanılıb, ancaq hələ ki, müqavilə rəsmi olaraq imzalanmayıb.

“Keşlə” həmçinin, yeni baş məşqçi də axtarır. Bu posta ilkin namizəd isə ukraynalı məşqçi Yuri Maksimovdur.

Transfer qadağası bitən (qadağa yanvarda bitəcək) kimi Kamran və digər transfer etmək istədiyimiz futbolçularla, o cümlədən baş məşqçi ilə bağlı rəsmi və dəqiq məlumatlar paylaşacağıq.

Qeyd edək ki, Kamran Ağayev şərəfini qoruduğu Çexiyanın “Mlada” (Boleslav) klubundan gözləntiləri doğrultmadığı üçün baş məşqçinin istəyi ilə uzaqlaşdırılıb.