14:03
(077) 610-22-33

Bakıdakı stadiona 640 milyon dollar xərclənəcək

  • >
221 28 Fevral 2013 12:46 | İdman

Türkiyənin "Tekfen İnşaat" şirkəti Bakıda tikdiyi olimpiya stadionu ilə bağlı açıqlama yayıb.

Qol.Az-ın şirkətin saytına istinadən yaydığı xəbərə görə, məlumatda həmin arenanın şirkət tərəfindən tikiləcək ikinci stadion olduğu bildirilib.

Qeyd edilib ki, 1996-cı ildən fəaliyyət göstərən və Azərbaycanda bir çox proyektə imza atan "Tekfen"in Bakıda tikdiyi stadionun tamaşaçı tutumu 68 min nəfər olacaq. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə rəsmi müqavilə imzalanıb. Stadionun tikintisinə ümumən 640 milyon dollar xərclənəcək. Arenanın tikintisinin 24 ay çəkəcəyi, 2015-ci ilin martında yekunlaşacağı bildirilib.

Qeyd edək ki, "Tekfen İnşaat" bundan öncə İstanbuldakı Atatürk Olimpiyat stadionunu inşa edib
Bağla X