Növbəti “El Klassiko” həyəcanı



Futbol dünyasında diqqətlər bir daha "El Klassiko"-a yönələcək. "Real Madrid" ilə Barselona həftə içi Kral Kubokunun yarı final revanş oyunundan sonra, bu dəfə La-Liqada qarşı-qarşıya gələcək.
Elə də inandırıcı olmasa da, "El Klassiko"-da özünü təsdiq etməsi lazım olan komanda, əzəli rəqibi Real Madriddən 16 xal öndə olan Barselonadır. Çempionlar Liqasında Milana 2-0 hesabı ilə məğlub olan, ardından isə Kral Kubokunda, öz meydanında Real Madridə 3-1 hesbı ilə məğlub olan Kataloniya təmsilçisi futbolsevərlərin 5 ildir görmədiyi ən pis performansını sərgiləyir.

Baş məşqçisi Tito Vianovanın xərçəng xəstəliyindən müalicə olunması, Fabreqas və Xavinin zədədən əziyyət çəkməsi Barselonanın oyununa da öz təsirini göstərir.

Qeyd edək ki, "Real Madrid" "Barselona" oyunu martın 2-si saat 9:00-da baş tutacaq.

Fərid
AzNews.az