00:11
(077) 610-22-33

Asiyalı tarixə düşdü

  • >
187 3 Mart 2013 01:59 | İdman



İngiltərə Premyer Liqasının 28-ci turunda Norviç Sitini qonaq edən lider Mançester Yunayted rəqibini 4:0 hesabı ilə məğlub etdi.

Oyunun qəhrəmanı isə komandasının 3 qoluna imza atan Sinji Kaqava oldu. O, İngiltərə Premyer Liqasında het-trik edən ilk Asiyalı futbolçu kimi adını tarixə yazdırdı. 45,76,87-Cİ dəqiqələrdə fərqlənən futbolçu komandasının qələbəsinə öz imzasını atdı.

Mançester Yunaytedin digər qolunu isə 90-cı dəqiqədə fərqlənən Ueyn Runi vurdu. Beləliklə, qırmızı şeytanlar 1-ci pillədəki mövqeyini qorudu.

Fərid
AzNews.az

Bağla X