London derbisində qalib tərəf - Totenxem


İngiltərə Premyer Liqasının 28-ci turunda tamaşaçılar London derbisinin şahidi olublar. Son oyunlarını uğurla adlayan Totenxem elə də yaxşı günlər keçirməyən Arsenalı qəbul edib. Oyunda gözlər son turlarda komandasının qalibiyyətinə öz qolları ilə töhvə verən Qart Beyldə idi.

Elə ilk qolda Uelsli gənc oyunçudan gəldi və Totenxem 37-ci dəqiqədə önə keçdi. 2-ci qol isə özünü çox gözlətmədi. 2 dəqiqə sonda Alan Lenan 2-ci topu Arsenalın qapısından keçirtdi.

Arselan bu qollardan 1-nin əvəzini çıxsa da məğlubiyyətdən yaxa qurtara bilmədi. Totenxem Arsenalı 2-1 hesabı ilə məğlub etdi.

Fərid
AzNews.az