Türkiyə derbisində “qol şou”



Türkiyə Superliqasında növbəti turun oyunları davam edir. Turun mərkəzi görüşü 2 İstanbul nəhəngini üz-üzə gətirdi. Beşiktaş öz meydanında Fənərbaxçanı qəbul edib. Əzəli rəqiblərin oyunu gözləniləndən daha maraqlı mübarizə şəraitində keçib. Belə ki, 5 qolun izləndiyi oyunda qəlib tərəf Beşiktaş olub.

Hesabı 24-cü dəqidəqə qonaqlar açsada meydan sahibləri 40-cı dəqiqədə Dik Küytün öz qapısına vurduğu qolla hesabı bərabərləşdiriblər.

61-ci dəqiqədə isə Beşiktaşın yeni transferi Mamadu Nianq 2-ci topu köhnə komandasının qapısından keçirib. Fənərbaxça yenidən hesabı bərabərləşdirsə də bu oyunda son olmayıb. Oyunun son dəqiqələrində Olcay Şahanın vurduğu qol yekun nəticəni təyin edib və Beşiktaş əzəli rəqibi Fənərbaxçanı 3-2 hesabı ilə məğlub edib.

Fərid
AzNews.az