İngiltərədə başda səhiyyə sahəsi olmaqla digər sektorlarda çalışan 3 mindən artıq şəxsin diplomlarının saxta olduğu məlum olub. İngiltərədə başda səhiyyə sahəsi olmaqla digər sektorlarda çalışan 3 mindən artıq şəxsin diplomlarının saxta olduğu məlum olub.

3 mindən artıq şəxsin diplomu saxta çıxdı

İngiltərədə başda səhiyyə sahəsi olmaqla digər sektorlarda çalışan 3 mindən artıq şəxsin diplomlarının saxta olduğu məlum olub.

AzNews.az xəbər verir ki, BBC-nin məlumatına görə, Pakistanda yerləşən Axact adlı şirkətin İngiltərəyə yüzlərlə saxta diplom satdığı məlum olub. İnternet saytlarından və bir çağrı mərkəzindən ibarət olan belə universitetlər arasında yer alan Nixon Universiteti BBC-nin müxbirinə də 3600 dollara diplom təklif edib. Böyük Britaniyanın Təhsil Nazirliyi həm də magistr və doktorantura dərəcəsi üzrə saxta diplom satan şəxslərlə bağlı araşdırmaya başlayıb.

Brooklyn Park Universiteti, Belford Universiteti, Baychester Universiteti və Nixon Universiteti kimi adlarla fəaliyyət göstərən yüzlərlə belə saxta universitetin internet saytlarında saxta şəkillər və xəbərlər ilə özlərini reklam etdiyi məlum olub.

Saxta diplomları olanlar arasında Böyük Britaniyanın Milli Səhiyyə Sistemində çalışan həkim və tibb bacılarının da olduğu aşkar olunub.

Böyük Britaniyada saxta diplomla işə düzələnlər 10 ilədək müddətə həbs cəzası ilə cəzalandırılır.