"Qarabağ" Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Rusiyanın "Kuban" klubuyla 2:2 hesablı heç-heçə edib. "Qarabağ" Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Rusiyanın "Kuban" klubuyla 2:2 hesablı heç-heçə edib.

"Belə sürətli oyun gözləmirdim" – Qurban Qurbanov

"Qarabağ" Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununda Rusiyanın "Kuban" klubuyla 2:2 hesablı heç-heçə edib.

AzNews.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini klubun rəsmi saytına bildirib:

"Açığı, belə sürətli oyun gözləmirdim. Həm birinci, həm də ikinci hissədə meydanda olan futbolçular çox istəkliydilər. Düzdür, səhvlər var idi, amma bunu normal qarşılayıram. Ümumən oyundan razı qaldım, düşündüklərimi meydanda göstərməyə çalışdılar. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməyə çalışdı".