Moskvada “Formula-1” tarixində 3-cü rusiyalı pilot Serqey Sirotkin mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Moskvada “Formula-1” tarixində 3-cü rusiyalı pilot Serqey Sirotkin mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Formula 1" tarixində ilk bakılı pilot

Moskvada “Formula-1” tarixində 3-cü rusiyalı pilot Serqey Sirotkin mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

AzNews.az xəbər verir ki, 22 yaşlı pilot “Williams” komandası ilə müqavilə bağlayıb. Yeni Formula 1 mövsümündə onu da yarışlarda görə biləcəyik.

Mətbuat konfransında ən diqqətçəkən məqam isə rusiyalı pilotun tərcümeyi-halı ilə bağlı açıqladığı fakt olub. Bu barədə "Moskva-Bakı" saytı məlumat yayıb.

Sən demə, Sergeyin atası Bakıda doğulub, babası və nənəsi uzun müddət Azərbaycanda yaşayıb:

"Ötən yay Bakıda olarkən, bakılı köklərimin olduğunu ağzımdan qaçırmışdım. Ata tərəfimin qohumları bakılıdır, ona görə, mən həqiqətən bakılıyam. Bakıdan xoşum gəlir. Bu şəhərdə olmaq hər zaman xoş təsir bağışlayır, çox gözəl yerdir” – deyə avtopilot bildirib.

Şərəfini qoruyacağım “Williams” komandası, ötən il Bakıda çox uğurlu yer tutub – hazırda mənim komanda yoldaşım olan Lens Strol Azərbaycan Qran-Prisində 3-cü yeri qazanıb. Baki trası “Williams” bolidlərinə uyğundur.

Bu il Azərbaycan Qran-prisində iştirak etmək üçün böyük məmnuniyyətlə Bakıya gəlib və ötən ilki uğuru təkrarlamağa çalışacağıq.”