"İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir". "İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir".

"Özümdən asılı olan hər şeyi edəcəyəm"

"İlk 6 oyun asan keçmədi. Amma bizi qarşıda daha 7 oyun gözləyir".

"Report"un məlumatına görə, bunu Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında vahid liderə çevrilən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib. VI turda qara fiqurlarla hindistanlı Adhiban Başkaranı yenən Məmmədyarov növbəti görüşlərdə də bu qaydada davam etməyə çalışacağını bildirib. O, 6 turdan sonra liderliyə yüksəlməsini belə dəyərləndirib: "Liderlər arasında olmaq çox maraqlıdır. Növbəti görüşlərin də maraqlı keçəcəyini gözləyirəm. Özümdən asılı olan hər şeyi edəcəyəm".

Qeyd edək ki, bu gün keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək. Hazırda Məmmədyarovun 4,5 xalı var.

AzNews.az