Yanvarın 24-də UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi başlayıb. Yanvarın 24-də UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi başlayıb.

Millimizin UEFA Millətlər Liqasında rəqibləri məlum oldu

Yanvarın 24-də UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkatma mərasimi başlayıb.

AzNews.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində keçirilən mərasimdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

“D” liqasında mübarizə aparacaq Azərbaycan milli komandası püşkün nəticələrinə görə III qrupda yer alıb. Yığma komandamızın rəqibləri Farer Adaları, Malta və Kosovo milliləridir.

UEFA Millətlər Liqasında çıxış edəcək 55 milli komanda dörd divizionda mübarizə aparacaq. “A” və “B” liqalarının hər birinə 12, “C” liqasına 15, “D” liqasına isə 16 komanda daxil edilib.