Bakıda “Qalatasaray”ın futbol məktəbi açılır

Azərbaycan paytaxtında Türkiyənin "Qalatasaray" idman klubunun futbol məktəbi açılacaq.

APA-nın "Qalatasaray"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qalatasaray Fateh Terimlə gənc aslanlarını arayır" adlanan layihə çərçivəsində Azərbaycanda "Qalatasaray"ın ilk futbol məktəbi açılacaq. Məktəb aprelin 1-dən etibarən İbrahim Dadaşov küçəsində yerləşən Bakı Tennis Akademiyasında fəaliyyətə başlayacaq.

AzNews.az