21:40
(077) 610-22-33

Bakıda idmançıların paradı keçirilib

  • >
234 5 Mart 2013 16:03 | İdman


5 mart - Bədən tərbiyəsi və idman günü paytaxt Bakıda böyük təntənə ilə qeyd olunur. Bayram tədbirləri Gənclər və idman naziri Azad Rəhimov başda olmaqla idman ictimaiyyətinin mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etməklə başlayıb. Daha sonra idman federasiyalarının nümayəndələrinin iştirakı ilə "Azneft" dairəsində parad keçirilib.

AzNews.az əməkdaşının verdiyi məlumata görə, hazırda bayram tədbiri Milli Parkda davam edir. Dənizkənarı Milli Parkda incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı və idmançıların nümunəvi çıxışları nəzərdə tutulur.

Mahir Hüseynbəyli
AzNews.az


Bağla X