O, 4 oyun yaşıl meydanlardan kənar qalacaq O, 4 oyun yaşıl meydanlardan kənar qalacaq

Valdezə ağır cəza verildi

O, 4 oyun yaşıl meydanlardan kənar qalacaq



İspaniya Futbol Federasiyası "El-Klassiko"-da hakimlə mübahisə edərək oyundan qovulan Barselonanın qapıçısı Viktor Valdezi cəzalandırıb. AzNews.az xəbər verir ki, oyunçu 4 oyun yaşıl meydanlardan kənar qalacaq.

Federasiya rəsmiləri bu gün keçirtdikləri toplantıdan sonra oyunun hakiminə ağır ifadələr işlətməsi səbəbi ilə Valdezı 4 rəsmi oyunluq cəzalandırıb. Buna görə də, ulduz futbolçu komandasına Deportiva, Rayo Valekano, Celta və Malyorka ilə oyunlarda kömək edə bilməyəcək.

Qeyd edək ki, bir müddət əvvəl Real Madridin ulduz oyunçusu Serxio Ramos da eyni səbəb ilə 4 oyunluq cəzalandırılmışdı.

Onu da bildirək ki, Barselona klubu hakimin bu qərarına etiraz edəcək.

Fərid
Aznews.az