Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib. Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

"Sumqayıt" "Neftçi"ni əliboş yola saldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə penaltidən Tural Axundov açıb. Bundan 4 dəqiqə sonra Amil Yunanov fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qolun vurulmadığı ikinci hissə gərgin anlarla yadda qalıb. 60-cı dəqiqədə "Neftçi"nin futbolçusu Rəşad Sadiqov "Sumqayıt"ın hücumçusu Ehtiram Şahverdiyevə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alaraq, meydandan qovulub. 68-ci dəqiqədə isə meydan sahiblərinin baş məşqçisi Samir Abasov baş hakim İnqilab Məmmədova etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 24-ə çatdıraraq, 4-cü pillədə möhkəmlənib. "Neftçi" isə 19 xalla 5-ci pillədə qalıb.

Turun son 2 oyunu fevralın 18-də keçiriləcək. Autsayderlərin mübarizəsində "Kəpəz" "Keşlə"ni qəbul edəcək. Lider "Qarabağ" isə "Səbail"in qonağı olacaq.

AzNews.az