"O, tez-tez mənim ünvanıma təhqiramiz ifadələr işlədirdi. Özümü güclə saxlayırdım. Ancaq komanda yoldaşım haqda dedikləri məni özümdən çıxardı. Çox əsəbiləşdim". "O, tez-tez mənim ünvanıma təhqiramiz ifadələr işlədirdi. Özümü güclə saxlayırdım. Ancaq komanda yoldaşım haqda dedikləri məni özümdən çıxardı. Çox əsəbiləşdim".

"Müsəlmandırsa, "Quran"a and içsin ki, belə sözlər deməyib" - Qadze

"O, tez-tez mənim ünvanıma təhqiramiz ifadələr işlədirdi. Özümü güclə saxlayırdım. Ancaq komanda yoldaşım haqda dedikləri məni özümdən çıxardı. Çox əsəbiləşdim".

AzNews.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında “Zirə”nin hücumçusu Riçard Qadze deyib. Qanalı forvard Topaz Premyer Liqanın 16-cı turunun “Qəbələ” ilə oyunundan sonra rəqib komandanın üzvü Ruslan Qurbanovla aralarında baş verən qalmaqalın təfərrüatlarını danışıb. O, Qurbanovun irqçi ifadələr işlətdiyini bildirib:

“Belə şeylərə son qoyulmalıdır. Əgər AFFA buna daha çox diqqət ayırsa, inanın ki, Azərbaycan futbolu üçün də yaxşı olacaq. Biz irqçiliklə mübarizə aparmağa çalışırıq. Amma hələ də belə hallara yol veririk. Əgər müsəlmandırsa, “Quran”a and içsin ki, belə sözlər deməyib. Mən xristianam. Heç vaxt bir insan haqda yalan danışmaram. Ortada heç nə yoxdursa, mən niyə onun üzərinə şığıyım? Bu insan mənə nə dediyini yaxşı bilir. Qoy, hər şeyi olduğu kimi danışsın. Meydançada hamımız bir-birimizi söyürük. Başa düşürəm, bu, oyunun bir parçasıdır. Ancaq Ruslanın üzümə qarşı dedikləri mənə böyük zərbə oldu. Buna görə belə reaksiya verdim. Bu, onun üçün böyük ayıbdır. Ruslana görə çox təəssüflənirəm. Çünki mən şəxsən onu çox istəyirəm”.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” oyunundan (2:1) sonra meydanda 2 komandanın futbolçuları arasında dava düşüb. Hadisəyə səbəb isə Ruslan Qurbanovla Riçard Qadzenin mübahisəsi olub.