Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olan Patrik Braxnerin fevralın 18-də dağ xizəyi üzrə böyük slalom yarışında iştirak etməməsinin səbəbi müəyyənləşib. Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olan Patrik Braxnerin fevralın 18-də dağ xizəyi üzrə böyük slalom yarışında iştirak etməməsinin səbəbi müəyyənləşib.

İdmançımızın olimpiadada böyük slalom yarışına qatılmamasının səbəbi

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olan Patrik Braxnerin fevralın 18-də dağ xizəyi üzrə böyük slalom yarışında iştirak etməməsinin səbəbi müəyyənləşib.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu, 26 yaşlı idmançının yalnız slalom yarışına köklənmək istəyilə əlaqədardır. Avstriyalı legioner bunu böyük slalomun slaloma nəzərən daha çətin yarış olması ilə əlaqələndirib. Fevralın 22-də keçiriləcək slalom yarışına ümumilikdə 102 idmançı sifariş olunub.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 26-da yekun vurulacaq.