Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov martın 2-dən 5-dək Moskvada Rus İmpressionizmi Muzeyində Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov martın 2-dən 5-dək Moskvada Rus İmpressionizmi Muzeyində Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək.

Şəhriyar superturnirdə iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov martın 2-dən 5-dək Moskvada Rus İmpressionizmi Muzeyində Mixail Talın xatirəsinə həsr olunan turnirdə iştirak edəcək.

AzNews.az xəbər verir ki, turnirdə, həmçinin Vladimir Kramnik, Aleksandr Qrişuk, Pyotr Svidler, Sergey Karyakin, Yan Nepomnyaşiy, Daniil Dubov, Hikaru Nakamura, Vişvanatan Anand və Boris Gelfand iştirak edəcəklər.

Superturnirin açılışı martın 1-də olacaq. Martın 2-dən 4-dək keçiriləcək rapid və martın 5-dəki blits üzrə turnirlərə seçmə start partiyalarının yekunlarına görə daha dörd iştirakçı əlavə olunacaq.

Moskva yarışması Ş.Məmmədyarov üçün dünya şahmat tacına iddiaçıların Berlin turniri ərəfəsində sonuncu sınaq olacaq.