Türkiyədə atletika üzrə "İstanbul İndoor Cup" keçirilib. Türkiyədə atletika üzrə "İstanbul İndoor Cup" keçirilib.

Türkiyədə Azərbaycan rekordu yeniləndi

Türkiyədə atletika üzrə "İstanbul İndoor Cup" keçirilib.

AzNews.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak ediblər.

Təmsilçilərimizdən Zəkiyyə Həsənova 60 m məsafəyə qaçışda bürünc medal qazanıb. O, finiş xəttini 7,45 saniyəyə keçib.

Həsənova bu göstərici ilə yanvarda müəyyənləşdirdiyi Azərbaycan rekordunu yeniləyib. İdmançı həmin vaxt 7,48 saniyəyə 60 m məsafəni qət etmişdi.