"Mançester Yunayted"in keçmiş oyunçusu Endi Koul iki illik dializdən sonra böyrək transplantasiyası əməliyyatı keçirdiyini söyləyib. "Mançester Yunayted"in keçmiş oyunçusu Endi Koul iki illik dializdən sonra böyrək transplantasiyası əməliyyatı keçirdiyini söyləyib.

“Mançester Yunayted”in keçmiş futbolçusuna böyrək köçürüldü

"Mançester Yunayted"in keçmiş oyunçusu Endi Koul iki illik dializdən sonra böyrək transplantasiyası əməliyyatı keçirdiyini söyləyib.

AzNews.az xəbər verir ki, 2015-ci ildə atlet Vyetnamdan döndükdən sonra naməlum bir virusa tutulub. Keçmiş futbolçu qardaşı oğlunun böyrək nəqli üçün ideal bir donor olduğunu bilməyənədək iki il müddətində dializ edilib.

"Xəstəlik məni yıxdı. Çox çətin idi. Ailəm bir donor tapmağa çalışdı. Qardaşım oğlu mənim donorum olmağa hazır olduğunu söylədi. O zaman o, 27 yaşında idi. Xoşbəxtlikdən hər şey yaxşı keçdi. Aleks nəcib iş gördü. Mən həyatımın qalan hissəsini ona borcluyam", deyə Koul bildirib.

"Mançester Yunayted"də oynayan zaman Koul Çempionlar Liqasının qalibi olub və beş dəfə İngiltərə çempionatının qızıl medalını qazanıb.