Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Azərbaycanın regionlarında “Sənin sürət formulan” adı altında keçirilən simulyatorda Formula 1 çempionatının Lənkəran mərhələsinin qalibi müəyyənləşib. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Azərbaycanın regionlarında “Sənin sürət formulan” adı altında keçirilən simulyatorda Formula 1 çempionatının Lənkəran mərhələsinin qalibi müəyyənləşib.

Simulyatorda Formula 1 çempionatının Lənkəran üzrə qalibi bəlli oldu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Azərbaycanın regionlarında “Sənin sürət formulan” adı altında keçirilən simulyatorda Formula 1 çempionatının Lənkəran mərhələsinin qalibi müəyyənləşib.

AzNews.az xəbər verir ki, Lənkəran şəhərinin 2, 4, 7 və 10 saylı orta məktəblərindən yuxarı sinif şagirdinin mübarizə apardığı çempionatda 10 saylı məktəbin 9-ci sinif şagirdi Azər Məmmədli fərqlənib. 15 yaşlı məktəbli simulyatorda Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə (1:49:206) dövrə vuraraq iştirakçılar arasında ən sürətli nəticə göstərib.

Novruz bayramı ərəfəsində Bakıda keçiriləcək final mərhələsində yarışmağa haqq qazanan A.Məmmədliyə sertifikat təqdim olunub. O, qələbəyə görə böyük sevinc yaşadığını bildirib: “Yarışın qalibi olduğum üçün həddindən çox həyəcanlı və sevincliyəm. Yarış bir qədər çətin oldu. Çünki Bakı Şəhər Halqasında yarışmağın müəyyən çətinlikləri var.

Təlimlərin keçirildiyi gün simulyatorlarda bir neçə dəfə sınaq yürüşləri etdim və qələbə qazanacağıma çox inanırdım. Nəhayət qələbə qazandım və Lənkəranı Bakıda keçiriləcək final yarışında yüksək səviyyədə təmsil edərək orada da qalibiyyət əldə etmək istəyirəm.

Hər il rayonumuzda belə yarışlar keçirilsə çox yaxşı olar. Bu yarışda iştirak edən hər bir məktəbli çox sevindi və növbəti illərdə iştirak etməyi indidən səbrsizliklə gözləyirlər”.

Qeyd edək ki, çempionata fevralın 19-u Lənkəranda start verilib. İlk gün şəhər orta məktəblərinin 200-dək yuxarı sinif şagirdi yol hərəkətinin təhlükəsizliyinə dair AAF mütəxəssisləri tərəfindən keçirilmiş təlimlərdə iştirak ediblər və həmçinin həmin gün ərzində simulyatorlar şəhər sakinlərinin istifadəsinə açıq olub. Fevralın 20-də isə öncəki gün təlimdə iştirak edən məktəblilər simulyatorda yarışıblar.

Çempionatla əlaqədar olaraq regionlarda keçiriləcək növbəti təlimlər və yarışlar ardıcıllıqla Şirvan, Fizuli, Mingəçevir, Qax və Qubada baş tutacaq. Simulyatorları daşıyan treyler fevralın 21-də Lənkərandan Şirvana yola düşəcək. Çempionatın bu şəhərdəki mərhələsi 22-23 fevral tarixlərində keçiriləcək

image description image description image description