İspaniyanın nəhəng klubu olan "Barselona"nın transfer etdiyi Filippe Kountinonun İspaniya macərası heç də yaxşı başlamayıb. İspaniyanın nəhəng klubu olan "Barselona"nın transfer etdiyi Filippe Kountinonun İspaniya macərası heç də yaxşı başlamayıb.

“Barselona”nın futbolçusunun evinə oğru girdi

İspaniyanın nəhəng klubu olan "Barselona"nın transfer etdiyi Filippe Kountinonun İspaniya macərası heç də yaxşı başlamayıb.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, "Liverpul"dan 120 milyon avro qarşılığında "Barselona"ya keçən braziliyalı ulduzun evinə oğru girib. Bu zaman futbolçu ailəsi ilə axşam yeməyinə gedibmiş.

İngiltərədən İspaniyaya gəldikdən sonra "Barselona"nın keçmiş ulduzu Fabreqasın evinə köçən Filippe Kouintino, dostlarının Çempionlar Liqasında "Çelsi" ilə baş tutacaq oyuna hazırlığı əsnasında oğurluğa məruz qalıb. Bazar günü baş verən oğurluq zamanı futbolçunun evindən nələrin aparıldığı barədə məlumat verilməyib.

Oğurluqla bağlı araşdırmalara başlayan polis hələ heç bir şübhəlinin tutulmadığını bildirib.