Martın 16-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışının ikinci gününə yekun vurulub. Martın 16-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışının ikinci gününə yekun vurulub.

Bakıda idman gimnastikası üzrə dünya kubokunun II gününə yekun vuruldu - Fotolar

Martın 16-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışının ikinci gününə yekun vurulub.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın ikinci günündə kişi gimnastlarımızdan Murad Ağarzayev, Dari Morozov, Timur Bayramov, qadınlardan isə Yuliya İnşina, Mariya Smirnova və Marina Nekrasova məharətlərini sınayıblar.

Kişi idman gimnastları günün birinci yarısında dayaqla tullanma hərəkətlərində mübarizə aparıblar. Günün ikinci yarısında isə dəstəkli at və turnikdə yarışıblar.

Qadın idman gimnastları isə gimnastika tirində sərbəst hərəkətlərdə yüksək xal yığmağa çalışıblar. Azərbaycan təmsilçisi Yuliya İnşına sərbəst hərəkətlərdə 12,533 xal toplayaraq finala yüksəlib.

Bununla da idman gimnastikası üzrə dünya kubokunun təsnifat mərhələsinə yekun vurulub.

Martın 17-18-də final mərhələsinə vəsiqə qazanan gimnastlar medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, 24 ölkədən 100-dən çox gimnastın mübarizə apardığı dünya kubokuna martın 18-də yekun vurulacaq.

image description image description image description