Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən İddiaçılar Turnirində II dövrəyə start verilib. Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən İddiaçılar Turnirində II dövrəyə start verilib.

Şəhriyar Məmmədyarov heç-heçə etdi

Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən İddiaçılar Turnirində II dövrəyə start verilib.

AzNews.az Apasport-a istinadən xəbər verir ki, Berlində şahmat tacına iddiaçıların turnirində bu gün II dövrəyə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışın VIII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşacaq.

İlk turda rəqibini qara fiqurlarla məğlub edən təmsilçimiz bu dəfə “ağ”larla oynayacaq. O, qalib gələcəyi halda, yenidən birinci pilləyə şərik ola bilər. Çünki lider Fabiano Karuana VIII oyun günündə Uesli Soya qarşı qara fiqurlarla mübarizə aparacaq.

İddiaçılar turniri

VIII tur

Aleksandr Qrişuk (2767, Rusiya) - Vladimir Kramnik (2800, Rusiya)

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Sergey Karyakin (2763, Rusiya) - 0.5:0.5

Liren Dinq (2769, Çin) - Levon Aronyan (2794, Ermənistan)

Uesli So (2799, ABŞ) - Fabiano Karuana (2784, ABŞ)

Turnir cədvəli: Karuana - 5 xal; Məmmədyarov – 4,5; Qrişuk, Kramnik, Dinq - 3,5; Karyakin - 3; Aronyan, So – 2,5