Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar turnirinin XII turu keçiriləcək. Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarovun bu turda rəqibi çinli Din Lijen olacaq. Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar turnirinin XII turu keçiriləcək. Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarovun bu turda rəqibi çinli Din Lijen olacaq.

Şəhriyarın daha bir liderlik şansı

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə İddiaçılar turnirinin XII turu keçiriləcək. Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarovun bu turda rəqibi çinli Din Lijen olacaq.

Rəqiblər arasında birinci dövrənin 5-ci turunda keçirilən qarşılaşma heç-heçə yekunlaşıb.

Turun oyunları Bakı vaxtı ilə 18:00-da start götürəcək.

İddiaçılar turniri, XII tur

Aleksandr Qrişuk (Rusiya) – Levon Aronyan (Ermənistan)

Sergey Karyakin (Rusiya) – Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) – Uesli So (ABŞ)

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Din Lijen (Çin)

Turnir cədvəli: Karuana – 7, Məmmədyarov – 6,5, Qrişuk, Karyakin – hər biri 6, Lijen – 5,5, Kramnik – 5, So – 4,5, Aronyan – 3,5.