24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək kişilər, qadınlar və ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib. 24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək kişilər, qadınlar və ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib.

Azərbaycan çempionatı qadınların mübarizəsi ilə başlandı

24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək kişilər, qadınlar və ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, Gənclər və İdman Nazirliyi və federasiyanın birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Körpücük üzərinə ilk olaraq qadın ağır atletlər çıxıblar. Onlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyənləşdiriblər. Qızıl medala toplam 169 kq (74+95) nəticə və 253.42 xalla Səbinə Əzimova sahib çıxıb. İkinci yeri toplam 183 kq (80+103) nəticə və 243.91 xalla Elnarə Abbasova, üçüncü yeri toplam 149 kq (66+83) nəticə və 236.17 xalla Mərziyyə Məhərrəmova tutub.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.