"Xatırladığım qədərilə, Azərbaycan millisi həmişə yaxşı oynayır. Onların yığması hər zaman yaxşı səviyyədə olub. Prinsipcə, çempionatları da Qazaxıstandan zəif deyil. Maraqlı oyun olacaq". "Xatırladığım qədərilə, Azərbaycan millisi həmişə yaxşı oynayır. Onların yığması hər zaman yaxşı səviyyədə olub. Prinsipcə, çempionatları da Qazaxıstandan zəif deyil. Maraqlı oyun olacaq".

"Azərbaycan yığması hər zaman yaxşı səviyyədə olub" - Veteran futbolçu (Foto)

"Xatırladığım qədərilə, Azərbaycan millisi həmişə yaxşı oynayır. Onların yığması hər zaman yaxşı səviyyədə olub. Prinsipcə, çempionatları da Qazaxıstandan zəif deyil. Maraqlı oyun olacaq".

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin sabiq üzvü Ruslan Qumar deyib.


Yerli mətbuata danışan veteran futbolçu millimizlə iyunun 5-də Astanada keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb:

"Stanimir Stoylov artıq komandanı götürüb. İki oyuna görə nəticələr müsbətdir. Yığmada oyun üslubu hiss olunur. Məncə, Qazaxıstan yaxşı oyun göstərib qalib gələcək. Azərbaycan layiqli rəqibdir. Belə matçlarda bəzi futbolçuları sınaqdan keçirmək olur. Güclü rəqiblərlə oyunda isə bunu etmək mümkün deyil. Məhz buna görə belə bir rəqib seçilib".

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu iyunun 5-də Astanada keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək. Bu oyundan bir gün əvvəl isə iki ölkənin U-21 yığması üz-üzə gələcək.