"Üstünlüyüm yox idi. Üç il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub olmuşdum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə, ümumilikdə 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi diqqətli idi". "Üstünlüyüm yox idi. Üç il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub olmuşdum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə, ümumilikdə 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi diqqətli idi".

"Vüqar Həşimov mənə heç-heçə təklif etmişdi" - Şəhriyar Məmmədyarov

"Üstünlüyüm yox idi. Üç il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub olmuşdum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə, ümumilikdə 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi diqqətli idi".

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin I turunda dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov mətbuat konfransında deyib. 33 yaşlı qrossmeyster belə rəqiblə görüşdə heç-heçəni normal saydığını bildirib.

Həşimov haqda xoş sözlər deyən Məmmədyarov onunla bağlı xatirəsini də bölüşüb: "Mənim 9 yaşım var idi. 8 yaşlı Vüqarla Şəkidə turnirdə qarşılaşırdıq. Şahmata təzə başlamışdım. Həşimov isə artıq yeniyetmələr arasında Avropa və dünya çempionatının mükafatçısı idi. Yəni, məni asanlıqla məğlub edə bilərdi. Oyundan əvvəl dedi ki, gəl heç-heçə oynayaq. Mən təəccübləndim. Axı bilərəkdən necə heç-heçə etmək olar?

Vüqar qayıtdı ki, hansı gedişi oynasam, təkrarla. Başladıq, bütün gedişləri təkrarlayandan sonra gördüm ki, artıq uduzuram. Bir gedişi də təkrar etsəm, məğlub oluram. Vüqarı kənara çəkərək soruşdum ki, uduzuram. Yəni, həmin gedişdən sonra mat edə bilər. Vüqar məni inandırdı. "Gedişi təkrarla, səni udmayacağam" dedi. Nəticədə partiya heç-heçə ilə başa çatdı. Oyundan sonra atası Qasım müəllim oğlunun qalib gəlmədiyinə görə bərk əsəbiləşmişdi. Həmin partiyadan sonra birgə dondurma yedik. Onun haqqında saatlarla danışa bilərəm. Vüqar gözəl dost, güclü şahmatçı idi. O, həmişə qəlbimizdədir".