Futbol üzrə Fransa yığma komandasının dünya çempionatında qızıl medal qazanacağı təqdirdə hər bir futbolçusunun alacağı mükafat müəyyənləşib. Futbol üzrə Fransa yığma komandasının dünya çempionatında qızıl medal qazanacağı təqdirdə hər bir futbolçusunun alacağı mükafat müəyyənləşib.

Fransa millisinin hər bir üzvü 400 min alacaq, əgər...

Futbol üzrə Fransa yığma komandasının dünya çempionatında qızıl medal qazanacağı təqdirdə hər bir futbolçusunun alacağı mükafat müəyyənləşib.

"Report"un "L`Equipe"ə istinadən verdiyi məlumata görə, komandanın hər bir üzvü mundialı qalib başa vuracaqları halda 400 min avro əldə edəcək.

Mənbənin bildirdiyinə əsasən, komandaya 2016-cı ildə Avropa çempionu olmaq üçün 300 min avro vəd olunmuşdu. Komanda finalda Portuqaliyaya məğlub olduğuna görə bu məbləği ala bilməyib.

Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

AzNews.az