"Keşlə" futbol komandasının qapıçısı Orxan Sadıqlı evdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra brifinq keçirib. "Keşlə" futbol komandasının qapıçısı Orxan Sadıqlı evdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra brifinq keçirib.

"Bizim üçün rəqibin kimliyinin fərqi yoxdur"

"Keşlə" futbol komandasının qapıçısı Orxan Sadıqlı evdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra brifinq keçirib.

AzNews.az xəbər verir ki, Sadıqlı "Report"un əməkdaşının da iştirak etdiyi müsahibədə əvvəlcə oyunu dəyərləndirib...

- Son 6 gündə 3 oyun keçirmişik. Ancaq hesab edirəm ki, məşqdənsə, oynamaq yaxşıdır. İlk yarıda oyunumuz bir qədər alınmadı. Bəlkə də bu, yorğunluqdan irəli gəlirdi. Sevinirik ki, 2-ci hissədə toparlanmağı bacardıq və 2 dəfə fərqlənərək, qələbəni əldə etdik.

Penalti epizodunun təkrarına baxdıq və rəqibə toxunmadığının şahidi olduq...

- Elədir ki, var. Gördüm ki, rəqib topa məndən tez çatır və özümü kənara çəkdim ki, topu atıb getsin. Sadəcə, qərarı penalti oldu.

Fit çalınarkən, qorxmadın ki, referi sənə birbaşa qırmızı vərəqə göstərər?

- FİFA-dakı qayda dəyişikliklərini özüm də oxuyuram. Bir tərəfdən yanımda Slavik Alxasov var idi, digər yandan isə rəqib üzü qapıya getmirdi. Üzü qapıya getsəydi, bəli, verilə bilərdi.

"Zirə”nin "uğursuzluq zolağı”nda olmasının komandanızın qalib gəlməsində rolu oldumu?

- Doğrudur, "Zirə” neçə oyundur qələbə qazana bilmirdi. Lakin bizim üçün rəqibin kimliyinin fərqi yoxdur. Əsas öz oyunumuzu sərgiləməkdir. İlk yarıda bunu bacarmadıq. Fasilədən sonra baş məşqçi dəyişikliklər etdi və komandamız toparlanmağı bacardı. Bu qələbə bizə çox vacib idi. Çünki növbəti oyunlara da, ölkə Kubokunun finalı üçün də motivasiya baxımından faydalıdır.

Kubokun finalına yüksəldiyinizə görə, rəhbərlik mükafatı çatdırıb?

- Danışılıb. Ancaq görüşümüz sabaha nəzərdə tutulub.

Final matçı Qəbələdə baş tutacaq. Şansları necə dəyərləndirirsən?

- "İnter Arena”da oynadıqda biz meydan sahibi sayılırıq. Deməli, finalda "Qəbələ” ev sahibi olacaq. Ancaq bu, finaldır, bir oyundan ibarətdir. Çıx vuruş, savaş, ancaq qalib gəl. Hər halda, həmin oyuna çatanda, bu barədə fikirləşəcəyik. Hələlik isə növbəti turdakı "Neftçi” matçını düşünməliyik.

AzNews.az