Şəmkir turnirində ən güclü şahmatçılar oynayır. İki güclü şahmatçının oyununda səhv tapmaq çox çətindir. Heç kim uduzmaq istəmir. Üç oyunda 1.5 xalım var. Çıxışımı normal sayıram. Hər halda uduzmamışam. Şəmkir turnirində ən güclü şahmatçılar oynayır. İki güclü şahmatçının oyununda səhv tapmaq çox çətindir. Heç kim uduzmaq istəmir. Üç oyunda 1.5 xalım var. Çıxışımı normal sayıram. Hər halda uduzmamışam.

Azərbaycanın güclü şahmatçıları çoxdur - David Navara

Şəmkir turnirində ən güclü şahmatçılar oynayır. İki güclü şahmatçının oyununda səhv tapmaq çox çətindir. Heç kim uduzmaq istəmir. Üç oyunda 1.5 xalım var. Çıxışımı normal sayıram. Hər halda uduzmamışam.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2018” superturnirinin iştirakçısı Çexiya şahmatçısı David Navara deyib.

Çexiyalı şahmatçı bildirib ki, turnirdə iştiraka müsbət cavab verəndən sonra internetdə Şəmkir haqqında məlumat toplamağa başladım. Şəmkir paytaxt Bakıdan kifayət qədər uzaqda yerləşir. Lakin təşkilatçılıq barədə ancaq xoş sözlər oxudum. Ardıcıl beşinci ildir ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan yüksək səviyyəli yarış keçirilir. Ona görə dəvəti məmnuniyyətlə qəbul etdim.

“Şəmkirə gözəl oyun nümayiş etdirmək üçün gəlmişəm. Dünya çempionu özü bu yarışda iştirak edir. Deməli son turlar daha çətin olacaq. Proqnoz vermək istəməzdim, ancaq reytinqimi itirmək istəmirəm. Azərbaycanın güclü şahmatçıları çoxdur. Amma Şəhriyar Məmmədyarova qarşı oynamaq daha çətindir. Sanki rəqibin beynindəki gedişləri oxuyur. Əslində azərbaycanlı şahmatçılarla görüşlərdə çox vaxt məğlub olmuşam. Lakin Şəhriyar Məmmədyarovun hazırda əla formada olduğunu hamı görür. Şəhriyar son aylar bütün turnirlərdə yüksək yerləri tutur, - deyə David Navara əlavə edib.

Vüqar Həşimovla müxtəlif turnirlərdə 9 görüş keçirdiyini bildirən David Navara vurğulayıb ki, beş oyunda Vüqar qələbə qazanıb. Onunla oyunlarımız çox maraqlı gedişlərlə yadda qalıb. Bəzən üstünlük qazandığım vaxtlarda belə partiyada dönüş yaradırdı. Onun üçün ən pis vəziyyət belə son sayılmırdı. Həşimov 5-6 saat şahmat oynamaqdan yorulmurdu. Bu adam şahmatda sona qədər mübarizə aparmaqdan həzz alırdı. Onun vəfatı xəbərinə çox üzüldüm. Dünya şahmatı və idmanı üçün böyük itkidir. Təşkilatçılara belə gözəl turnir keçirdiklərinə görə çox sağ ol deyirəm. Vüqarın adına layiq yarışdır.