Sayca üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin başlamasına sayılı günlər qalıb. Sayca üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin başlamasına sayılı günlər qalıb.

Formula 1 pilotlarından Bakıdakı yarış barədə ilk şərhlər - "Ötənilki yarış unudulmaz idi"

Sayca üçüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin başlamasına sayılı günlər qalıb.

AzNews.az xəbər verir ki, Bakıya səfərə hazırlaşan Formula 1 pilotları yarışöncəsi öz fikirlərini səsləndiriblər.

Sauber pilotu Markus Erikson bildirib ki, Bakı treki sürət sektorlarıyla və mürəkkəb döngələrlə maraqlıdır:

"Qala divarlarının ətrafında yol xeyli daralır. Həmin döngələrdə bolidi dəqiq hərəkət etdirmək lazımdır. Bakıdakı mərhələni səbirsizliklə gözləyirəm."

Markusun gənc həmkarı Şarl Lekler isə ötən il Bakıda Formula 2-də qüvvəsini sınamışdı:

"Şəhər yolları mənim çox xoşuma gəlir – onlar səhvləri bağışlamırlar. Orada İçərişəhər və Qala divarları əla atmosfer yaradır"

Hazırda Toro Rosso komandasında çıxış edən Brendon Hartliyə Bakı treki tanış deyil və o, burada ilk dəfə yarışacaq:

"Mən simulyatorda məşq edərkən, qala divarları yaxınlığındakı döngələr mənə Monakonu xatırlatdı. Mən əminəm ki, Bakıdakı yarış mənim çox xoşuma gələcək. Çalışacam ki, cümə günü trası daha yaxşı öyrənim."

Komanda yoldaşından fərqli olaraq Pyer Qasli Bakıda əvvəlki illərdə GP2-də özünü sınayıb:

"Bakı treki çox maraqlıdır. Şəhər halqası olduğu üçünsə burada risklər iki dəfə artıqdır. Bundan başqa çox sürətlidir. Bu isə həm həyəcanlı, həm də təhlükəlidir. Ümid edirəm ki, bura mənə uğur gətirər. Yolun orta hissəsində yüksək texnika və sürət nümayiş etdirmək də olar. Xüsusən də uzun düzlükdə."

McLaren komandasının sürücüsü Fernando Alonso isə ötənilki yarışı dəlisov adlandırıb:

“Keçənilki Bakı yarışı bizim üçün unudulmaz idi. Dəlisov yarış olmuşdu və mövsümün ilk xallarını almışdıq. Buna görə də bu həftəsonu da bunu təkrarlamağa çalışacağıq. Bakı trası təqvimə yeni girsə də, əsl sürücülərin trasıdır. Təqvimdəki ən sürətli şəhər tipli trasdır və çətin yarışlardandır. Sürücülər və bolid üçün çox çətin olur."