“Bu mövsüm qələbə uğrunda amansız mübarizə aparan 3 komanda var. Bu mövsüm bu idman növünün ən güclü pilotlarının F1 tarixinin ən sürətli bolidlərində apardıqları mübarizəsinin şahidi oluruq. Bu mövsüm illər keçsə də azarkeşlərin təbəssümlə xatırlayacaqları əfsanəvi F1 mövsümü olacaq. “Bu mövsüm qələbə uğrunda amansız mübarizə aparan 3 komanda var. Bu mövsüm bu idman növünün ən güclü pilotlarının F1 tarixinin ən sürətli bolidlərində apardıqları mübarizəsinin şahidi oluruq. Bu mövsüm illər keçsə də azarkeşlərin təbəssümlə xatırlayacaqları əfsanəvi F1 mövsümü olacaq.

"Bakı treki sürücülərdən böyük cəsarət tələb edir" - Toto Volff

“Bu mövsüm qələbə uğrunda amansız mübarizə aparan 3 komanda var. Bu mövsüm bu idman növünün ən güclü pilotlarının F1 tarixinin ən sürətli bolidlərində apardıqları mübarizəsinin şahidi oluruq. Bu mövsüm illər keçsə də azarkeşlərin təbəssümlə xatırlayacaqları əfsanəvi F1 mövsümü olacaq.

AzNews.az xəbər verir ki, bu barədə Mercedes komandasının rəhbər Toto Volff bildirib:

Azarkeşlərlə yanaşı biz də olduqca həyəcanlıyıq. Ötən il Ferrari komandasına qarşı gərgin mübarizə apardıq. Bu il daha gərgin yarış gözləyirik. Red Bull və Ferrari komandaları bizə qalib gəlmək üçün bütün güclərini səfərbər edəcəklər.

Bu komandaların həm sürücüləri, həm də bolidləri yüksək səviyyəlidir. Heç də hamı belə bir mübarizənin lehinə deyil, ancaq komandamız belə gərgin yarışları sevir. Bakı yarışı haqqında proqnoz vermək çətindir. İlk dəfədir ki, Azərbaycan Qran Prisi aprel ayına təsadüf edir. Hava şəraiti ötən illə müqayisədə fərqli olacaq.

Bakı treki sürücülərdən böyük cəsarət tələb edir. Ötən ilin podiumu, məsələn, gözlənilməz oldu. Şəhər treklərini də fərqləndirən cəhət də elə budur”.