14:02
(077) 610-22-33

Əfran niyə "Qarabağ"dan ayrılıb?

  • >
1 273 16 May 19:12 | İdman

“Qarabağ” futbol klubunun oyunçusu Əfran İsmayılov komanda ilə yollarını ayrılıb.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, Əfran İsmayılov bildirib ki, mümkün qədər karyerasını ölkə xaricində davam etdirməyə çalışacaq:

“Son vaxtlar az oynayırdım. Müqaviləm də bu ay başa çatır. Gələcək karyeramı bilmək və mənimlə yeni müqavilə bağlanılıb-bağlanılmamasını aydınlaşdırmaq üçün baş məşqçimiz Qurban Qurbanovla söhbət etdim. Mənə dedi ki, sənə qarşı inam azalıb. Bunu anlayışla qəbul etdim və kluba sonrakı fəaliyyətində uğurlar arzu etdim.

Klubdakı karyeramı indi müəyyənləşdirməyim yerinə düşdü. Çünki artıq özümə klub tapmaq üçün kifayət qədər vaxtım olacaq. Çalışacağam ki, ilk növbədə ölkə xaricində olan təklifləri dəyərləndirim”.

Qeyd edək ki, bu, “Qarabağ”dan ayrılması dəqiqləşmiş üçüncü futbolçudur. Klub rəsmi şəkildə braziliyalı Pedro Enrike ilə vidalaşdığını bəyan edib.

Komandanın baş məşqçisi Qurban Qurbanov isə digər braziliyalı Rişard Almeydanın ölkə xaricində çıxış edəcəyini bildirib.

Bağla X