Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə – mayın 17-də Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ilk qızıl medalı qazanıb. Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə – mayın 17-də Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ilk qızıl medalı qazanıb.

Qadın güləşçimiz hərbçilər arasında dünya çempionatında qızıl medal qazandı – Foto

Moskvada keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə – mayın 17-də Azərbaycanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ilk qızıl medalı qazanıb.

AzNews.az istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, çempionatda qadınlar arasında 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək dünya çempionu adına layiq görülüb. İdmançımız bu qələbə sayəsində 33-cü dünya çempionatında Azərbaycan komandasının aktivinə ilk qızıl medalı yazdırıb.

Yunan-Roma güləşi yarışlarında 60 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxan idmançımız Murad Məmmədov əvvəlcə macarıstanlı B.Kovaça, sonra isə Ermənistan təmsilçisi A.Manuçaryana qalib gələrək finala yüksəlib.

Digər təmsilçimiz Ülvi Qənizadə (72 kq) Qazaxıstan idmançısı İbrahim Maqomedovu və Ermənistan güləşçisi Armen Hakopyanı məğlub edərək finala vəsiqə qazanıb.

Hər iki güləşçimizin final qarşılaşmaları mayın 18-də keçiriləcək.

Xatırladaq ki, hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatı Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilir.