Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün “Qəbələ “ və “Qarabağ” arasında keçirilən son matçından sonra “Qarabağ”ın prezidenti Abdulbari Gözəl jurnalistlərin suallarını cavablandırıb. Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün “Qəbələ “ və “Qarabağ” arasında keçirilən son matçından sonra “Qarabağ”ın prezidenti Abdulbari Gözəl jurnalistlərin suallarını cavablandırıb.

Avropa komandaları klubdan pul qazanırlar, bizə isə...

Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün “Qəbələ “ və “Qarabağ” arasında keçirilən son matçından sonra “Qarabağ”ın prezidenti Abdulbari Gözəl jurnalistlərin suallarını cavablandırıb.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Gözəl çempionluq barədə bunları deyib:

“Biz daha çox ona görə çempion olmaq istəyirdik ki, Qarabağı dünyaya tanıdaq. Onun haq səsini dünyaya çatdıraq. Şükürlər olsun ki bunu bacardıq. Xalqımız da bizi dəstəklədi. Biz də hər zaman əziyyət çəkən təbəqənin yanında olduq, onları dəstəkləməyə çalışdıq. Artıq neçənci dəfədir ki, qalib olduq. Hamını təbrik edirəm. Bizim işimiz çətindir. Avropanın ən yaxşı komandalarına qarşı yarışacağı. Bunun üçün hazırlıqlarımız başlayıb. Bizim baş məşqçimiz ağıllı adamdır və biz ona hər cür səlahiyyəti vermişik”.

Klub prezidenti bir neçə günə yeni transferlərin olacağını da söyləyib.

“Büdcəmiz məhduddur, Avropayla müqayisədə əlbəttə azdır. Avropa komandaları klubdan pul qazanırlar, bizə isə komandaya pul yatırırıq. Onlar biletlərdən pul qazanırlar. İnşallah, gün gələr bizim camaat da varlanar, biz də biletin birini 50 manat edərik və pul qazanarıq”.