05:36
(077) 610-22-33

UEFA "Cimbom"u cərimələdi

  • >
1 946 13 İyun 20:43 | İdman

UEFA Türkiyənin "Qalatasaray" futbol klubunu cəzalandırıb.

"Report"un "Haberturk"ə istinadən verdiyi məlumata görə, Avropa ali futbol qurumu "cim-bom"a 2016-cı ildə maliyyə "fair-play" qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimə kəsib.

Qərara əsasən, bunun 6 milyonu nağd olmaqla, qalan 9 milyonu isə şərtlər yerinə yerinə yetirilmədiyi təqdirdə ödəniləcək.

Bundan başqa, komanda avrokuboklarda 21 futbolçu ilə mübarizə aparacaq. Tərəflər arasında razılaşma 4 il müddətinə keçərli olunduğundan futbolçu sayı hər mövsümdə bir nəfər artmaqla 25-ə çatacaq.

Eyni zamanda aslanlar 2018-19 mövsümündə 20, 2019-20 mövsümündə 10 milyon avro ziyan etməlidir, 2020-21 mövsümünü isə zərərsiz başa vurmalıdır.

Bağla X