Dünya çempionatında Meksikanın Almaniya üzərində 1-0 hesablı sürpriz qələbə qazanması zəlzələyə səbəb olub. Dünya çempionatında Meksikanın Almaniya üzərində 1-0 hesablı sürpriz qələbə qazanması zəlzələyə səbəb olub.

Meksikalıların qol sevinci zəlzələyə səbəb olub - Foto

Dünya çempionatında Meksikanın Almaniya üzərində 1-0 hesablı sürpriz qələbə qazanması zəlzələyə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 35-ci dəqiqədə Lozanonun Almaniya qapısına vurduğu qol zamanı milyonlarla meksikalının eyni anda qışqırığı Meksikanın paytaxtı Mexikoda kiçik yeraltı təkana səbəb olub.

Zəlzələ hiss edilməsə də, cihazlar həmin təkanı qeydə alıb.

Xatırladaq ki, dünən Peru - Danimarka matçında Perunun penalti zərbəsi vurmaq hüququnu qazanarkən peruluların sevinci zəlzələ yaratmışdı.

AzNews.az