- Köhnə - İdman
- 18 İyun 2018 12:03
- 5 748
Dünya çempionu velosipeddən yıxılıb öldü
Triatlon idman növü üzrə amerikalı dünya çempionu Elizabet Braket velosipeddən yıxılaraq 77 yaşında dünyasını dəyişib.
"Report"un məlumatına görə, onun yıxılarkən onurğası qırılıb. E.Braket müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Elizabet Braket jurnalist kimi də fəaliyyət göstərirdi. O, 2009-cu ildə öz yaş qrupu üzrə dünya çempionu olub.
AzNews.az