“Neftçi” klubu “Qəbələ”nin keçmiş hücumçusu Baqali Dabonu transfer edib. “Neftçi” klubu “Qəbələ”nin keçmiş hücumçusu Baqali Dabonu transfer edib.

“Neftçi” Baqali Dabonu transfer etdi

“Neftçi” klubu “Qəbələ”nin keçmiş hücumçusu Baqali Dabonu transfer edib.

AZƏRTAC xəbər verir, paytaxt təmsilçisi Baqali Dabo ilə ikiillik müqavilə imzalayıb. Fransız futbolçu "Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandanın heyətində 9 nömrəli formanı geyinəcək.

Fransanın “İvri”, “Kretey”, “İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm “Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

Həmçinin “Neftçi” klubu Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudovla müqaviləsini ikiillik uzadıb.

İyirmi altı yaşlı oyunçu “ağ-qaralar”a ötən mövsümün əvvəllərində cəlb olunub. O, 27 oyunda 2 qola imza atıb.

“Neftçi” daha əvvəl Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqaviləni yeniləyib.

Qeyd edək ki, “Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Komandanın transfer çalışmaları davam edir.

AzNews.az