Dünya Çempionatı həyəcanı davam edir. Dünya Çempionatı həyəcanı davam edir.

Yaponiya Seneqalla sülh bağladı

Dünya Çempionatı həyəcanı davam edir.

AzNews.az xəbər verir ki, bu gün H qrupunun iki üzvü Yaponiya və Seneqal yığmaları qarşılaşıblar.

Gərgin keçən matç qarşılıqlı qollarla yadda qalıb.

Yekun nəticə isə 2-2 hesablı heç-heçə olub.

Qolları Seneqal yığmasında "Liverpul"un ulduzu Sadio Mane (11-ci dəq.) və Musa Vag (71-ci, Yaponiyanın millisində isə Takaşi Inui (34-cü dəq.) və qocalmaq bilməyən Keysuke Honda (78-ci dəq.) vurub.

Murad Abdulla

AzNews.az