"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" klubuna evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib. "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" klubuna evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib.

"Azarkeşlərimizdən üzr istəyirəm" - Sənan Qurbanov

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" klubuna evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib.

AzNews.az Report-a istinadən xəbər verir ki, gənc mütəxəssis öncə matçı şərh edib:

- İlk öncə azarkeşlərimizdən üzr istəyirəm - həm öz adımdan, həm də komandam. Adımıza yaraşmayan futbol oynadıq. İkinci matçda daha hazırlıqlı olacağıq. Bu, bizim üçün çox ağır siqnal oldu. Düzəlməyən bir şey yoxdur, komanda şəklində bu yükün altından çıxa biləcəyik.

- Səfərdə necə taktika seçəcəksiniz?

- Evimizdə 2 top vurublarsa, biz də bunu etməliyik. İndi isti-isti taktika haqda bir şey deyə bilmərəm. İntizamlı futbol oynamaq şərtilə qol və ya qollar vurmaqla çalışacağıq.

- Bu gün "Qəbələ" ağır təsir bağışladı, temp yox idi. Komandanız sanki qorxaq oynadı. Meydan sahibi kimi irəli getmədiniz...

- Rəqibin qapanacağını bilirdik. Oyunçularımıza sürətli futbol tapşırmışdım. Bu, hər zaman alınmır. Bəli, bu gün meydanda sürət yox idi. Futbolçularımız rahat top itkilərinə yol verdilər.

- İlk 45 dəqiqədə rəqibin necə oynadığını gördünüz. Fasilədə dərhal niyə oyununuzda dəyişikliklər, əvəzləmələr etmədiniz?

- Fasilədə oyunumuzda düzəlişlər etməyə çalışdım. Bilirdik ki, rəqibdə xətlərarası sıxlıq olacaq və orda top almalı idik. Sonradan məcburən cinahlardan hücum qurmağa çalışdıq. Təmkin Xəlilzadə oyuna pis girmədi.

- Yeni transferlərdən ümidlərinizi doğrultmayanlar oldumu?

- Onların potensiallarına bələdik və bunu görərək komandaya götürmüşük. Bilirdik ki, qısa müddətdə fontan olmayacaq. Top qəbulundakı səhvlərdən narazı qaldım. Bu, vaxt ərzində yoluna düşəcək.

- Raif Əliyev hücumda oynamalı idi. Onun bu qədər geri çəkilməyi yarımmüdafiənin zəif oynamağının nəticəsi idi, yoxsa belə tapşırıq vermişdiniz?

- Rauf tək hücumçumuz idi. Onun arxasında Asif Məmmədov idi, ikinci hücumçu kimi oynayırdı. Rauf geri çəkilmişdisə, digər ön xətdə oynayanlar o zonaya getməli idi. Videotəkrardan sonra hər şeyi analiz edəcəyik.

- İkinci hissədə sol cinahdan hücumlar gördük. Rəqib də bunu bildi. Buna uyğun taktikanız olmalı idi ki, oyunu çevirə biləsiniz...

- Hər bir rəqibin boş zonaları vardı və ordan hücumlar qurmaq istəyiridk. Sadə top itkiləri varsa, heç bir futboldan danışmaq olmaz. Bu zaman daha çox müdafiə olunmalısan. Rəqib bizim səhvlərdən qol vurdu. Bunlar isə elementar xətalar idi. İkinci oyunda daha yaxşı "Qəbələ" görə biləcəksiniz. Bunu indidən sizə söz verə bilərəm.