- Köhnə - İdman
- 14 İyul 2018 18:04
- 4 355
Boksçularımız Ukraynada beynəlxalq turnirdə qüvvəsini sınayacaq
İyulun 16-da Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 7 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkəmiz Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirə 5 boksçu ilə qatılacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.
Qeyd edək ki, yığmamız səfərə bu gün axşam yollanacaq.
AzNews.az